
Simnar Paşazadə, ACCA
Instructor
About Course
DipIFR (Diploma in International Financial Reporting) Beynəlxalq Maliyyə Hesabatlarının Standartları üzərindən keçirilən imtahan sayəsində alacağınız diplom imtahanıdır.
Abunəlik qiymətləri:
- 29 AZN / aylıq
- 69 AZN / rüblük
- 119 AZN / yarımillik
- 199 AZN / illik
- Videokursu aldıqdan sonra müddət bitdiyində kartınızdan avtomatik tutulma olmur;
- Kursu davam etdirmək istədiyiniz halda sadəcə, paketi yeniləməlisiniz.
Videokursu aldıqda növbəti imkanlardan faydalanırsınız:
- Abunəlik müddəti ərzində videokursdakı bütün mövzulara giriş;
- Təlimçiyə sualların verilməsi (sual-cavab bölməsində);
İstifadə edilən kitab DipİFR BPP nəşridir. Bu kitabı "BPP learing media" saytından əldə edə bilərsiniz.
Qeyd: Normal hazırlaşma müddəti 6 ay (yarımillik) olaraq məsləhət görülür.
İmtahan haqqında:
DipIFR imtahanına qeydiyyatdan keçmək üçün ACCA növbəti 3 tələbdən birinin yerinə yetirilməsini tələb edir:
- Mühasibatlıq sahəsi üzrə 2 illik iş təcrübəsi və AB, MA, FA və LW imtahanlarını (exemption və ya imtahan olaraq) tamamlamaq;
- Mühasibatlıq sahəsi üzrə 2 illik iş təcrübəsi və ACCA CertIFR sertifikatına sahib olmaq;
- Mühasibatlıq sahəsində 3 illik iş təcrübəsi;
Bu 3 tələbdən hər hansı birinə uyğun gələn namizədlər "185 GBP" ödəməklə (bu hər il dəyişə bilir) DipIFR imtahanına qeydiyyatdan keçə bilərlər. DipIFR imtahanı hesablama və test suallarının qarışığından təşkil olunmuş 2 hissədən ibarət olmaqla yazılı formada keçirilir. İmtahan müddəti 3,5 saat olur və imtahanı uğurla bitirmək üçün minimum 50% və ya daha yüksək nəticə tələb olunur. DipIFR imtahanı il ərzində 2 dəfə (iyun və dekabr aylarında) rəsmi ACCA imtahan mərkəzlərində keçirilir.
Videokursa başlamaq üçün tələb olunanlar:
- Upper-Intermadiate səviyyəsində ingilis dili;
- Maliyyə bilikləri;
Əgər ingilis dili səviyyəniz kifayət qədər deyilsə və ya kariyera planınız mühasibatlıq-audit üzrə deyilsə, kursu almamağı tövsiyə edirik.
Təlimçi:
Videokurs ACCA üzvü olan Simnar Paşazadənin təqdimatındadır. Simnar Paşazadə 2019-cu ildə ACCA üzvü olmuşdur və 3 imtahan üzrə Azərbaycan 1-ciliyini əldə etmişdir. Hazırlaşdırdığı tələbələr arasında ACCA FR imtahanı üzrə dünya 1-ciliyini qazananlar da olmuşdur.
ACCA-in rəsmi saytında accaglobal.com DipIFR təlimi barədə daha ətraflı məlumat əldə etmək olar. (CertIFR haqqında)
Dərslik:
- DipİFR ən son kitablarını BPP learning media saytından satın ala bilərsiniz. https://learningmedia.bpp.com/
- Alternativ olaraq, original olmayan kitablar üçün bu linkə baxa bilərsiniz https://t.me/acca_pdf
What You'll Learn
- IFRS Standardları
- Conceptual Framework detalları
- İmtahan haqqında detallar
- IFRS 15: Revenue from Contracts with Customers
- IFRS 16: Leases
- IFRS 9: Financial Instruments
- And other significant reporting standards
Course Content
Students Feedback
4.9
38 ratings
Top Interested

ACCA FA - Financial Accounting - Aze
ACCA FA

Vergi Uçotu: Vergi Məcəlləsi və Praktiki Nümunələr
Vergi Uçotunun detalları

ACCA FR - Financial Reporting (F7)
Financial Reporting
