menu Login Register
Courses About FAQ Contact
Azərbaycan Русский

Simnar Paşazadə, ACCA

Instructor

star_border star_border star_border star_border star_border
rate course
star_border star_border star_border star_border star_border

About

DipIFR (Diploma in International Financial Reporting) Beynəlxalq Maliyyə Hesabatlarının Standartları üzərindən keçirilən imtahan sayəsində alacağınız diplom imtahanıdır.

Abunəlik qiymətləri:

  • 29 AZN / aylıq
  • 69 AZN / rüblük
  • 119 AZN / yarımillik
  • 199 AZN / illik
  • Videokursu aldıqdan sonra müddət bitdiyində kartınızdan avtomatik tutulma olmur;
  • Kursu davam etdirmək istədiyiniz halda sadəcə, paketi yeniləməlisiniz.

Videokursu aldıqda növbəti imkanlardan faydalanırsınız:

  • Abunəlik müddəti ərzində videokursdakı bütün mövzulara giriş;
  • Təlimçiyə sualların verilməsi (sual-cavab bölməsində);

İstifadə edilən kitab DipİFR BPP nəşridir. Bu kitabı "BPP learing media" saytından əldə edə bilərsiniz.

Qeyd: Normal hazırlaşma müddəti 6 ay (yarımillik) olaraq məsləhət görülür.

İmtahan haqqında:

DipIFR imtahanına qeydiyyatdan keçmək üçün ACCA növbəti 3 tələbdən birinin yerinə yetirilməsini tələb edir:

  • Mühasibatlıq sahəsi üzrə 2 illik iş təcrübəsi və AB, MA, FA və LW imtahanlarını (exemption və ya imtahan olaraq) tamamlamaq;
  • Mühasibatlıq sahəsi üzrə 2 illik iş təcrübəsi və ACCA CertIFR sertifikatına sahib olmaq;
  • Mühasibatlıq sahəsində 3 illik iş təcrübəsi;

Bu 3 tələbdən hər hansı birinə uyğun gələn namizədlər "185 GBP" ödəməklə (bu hər il dəyişə bilir) DipIFR imtahanına qeydiyyatdan keçə bilərlər. DipIFR imtahanı hesablama və test suallarının qarışığından təşkil olunmuş 2 hissədən ibarət olmaqla yazılı formada keçirilir. İmtahan müddəti 3,5 saat olur və imtahanı uğurla bitirmək üçün minimum 50% və ya daha yüksək nəticə tələb olunur. DipIFR imtahanı il ərzində 2 dəfə (iyun və dekabr aylarında) rəsmi ACCA imtahan mərkəzlərində keçirilir.

Videokursa başlamaq üçün tələb olunanlar:

  • Upper-Intermadiate səviyyəsində ingilis dili;
  • Maliyyə bilikləri;

Əgər ingilis dili səviyyəniz kifayət qədər deyilsə və ya kariyera planınız mühasibatlıq-audit üzrə deyilsə, kursu almamağı tövsiyə edirik.

Təlimçi:

Videokurs ACCA üzvü olan Simnar Paşazadənin təqdimatındadır. Simnar Paşazadə 2019-cu ildə ACCA üzvü olmuşdur və 3 imtahan üzrə Azərbaycan 1-ciliyini əldə etmişdir. Hazırlaşdırdığı tələbələr arasında ACCA FR imtahanı üzrə dünya 1-ciliyini qazananlar da olmuşdur.

ACCA-in rəsmi saytında accaglobal.com DipIFR təlimi barədə daha ətraflı məlumat əldə etmək olar. (CertIFR haqqında)

Dərslik: