Biznes Hüququ / Korporativ Hüquq

star_border
star_border
star_border
star_border
star_border
rate course
Ülkər Məlikova
Instructor
About Course
Biznes (sahibkarlıq) hüququ nədir?
Biznes hüququ – kommersiya hüququ institutu olaraq, özündə sahibkarlıq fəaliyyəti subyektlərinin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkiledir.
Bu, fərdi sahibkarların, şirkətlərin və biznes hüququ münasibətlərinin digər iştirakçılarının statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də biznes münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir.
Abunəlik:
Ödənişsiz
Təlimçi: Ülkər Məlikova
Bu kurs Legalaid şirkəti ilə tərəfdaşlıq əsasında təşkil olunmuşdur:
“Legalaid” MMC Azərbaycanda ilk Legaltech şirkəti olmaqla əsasən iki istiqamətdə fəaliyyət göstərir. Adından da göründüyü kimi, fəaliyyət istiqamətlərimizdən biri hüquqi xidmətlərin göstərilməsi, digəri isə hüquqi texnologiya layihələrin hazırlanması və idarəedilməsidir. Eyni zamanda, "Legalaid" MMC Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə birlikdə vətəndaşların ölkənin vəkilləri ilə ünsiyyətini daha əlçətan edəcək "Legalaid" mobil tətbiqinin yaradıcısıdır.
Komandamızın hüquqşünasları və vəkilləri komanda şəklində həm korporativ həm də fərdi müştərilərin maraqlarına uyğun olaraq onların hüquqi problemlərini həll etmək üçün və onlara bu problemlərin həllində düzgün yol göstərmək üçün gündəlik olaraq səylərini birləşdirirlər. Bu prosesdə müştərilərimizə daim dəyişən dünyanın gətirdiyi çətinlikləri nəzərə alaraq onlara adaptasiya olmağı bacaran hüquqşünaslar xidmət göstərir. Komandamız, həmçinin, müştərilərə bir neçə dildə xidmət göstərərək onların gözləntilərini qabaqlayır.
What You'll Learn
- 1. Fərdi sahibkar yoxsa şirkət?
- 2. Təşkilatlanma (kommersiya və qeyri-kommersiya hüquqi şəxs formalarının bir birindən fəqrqi: MMC, SC-lər, kooperativlər, ortaqlıqlar, asossiasiyalar və s.)
- 3. Şirkətlərin qeydiyyatı pırosesi (prosedur, elektron imza, vergi, ödənişlər, təsis sənədləri)
- nizamnamə, əsasnamələr və digər korporativ sənədləşmə / təsisçilərin hüquq və öhdəlikləri, Aidiyyəti şəxs institutu
- təyinatlar (icraçı direktor, təkbaşçı və kolleqial orqanlar, mühasiblər və s. səlahiyyətli şəxslərlə əlaqədar)
- 4. Müqavilə hüququ (alğı-satqı, icarə, podrad, ditribyutor, kredit / lizinq, françayzinq, xidmət) öhdəlik hüququ (müqavilə üzrə və müqavilədənkənar) / öhdəliklərin təminatı üsulları / mübahisələrin həlli, prosessual hüquq, məhkəmə sistemi
- 5. Sahibkarlıq fəaliyyətində əmək münasibətləri. Əmək müqaviləsi ilə xidmət müqaviləsnin fərqi;
- 6. Şirkətlərin ləğvi və yenidən təşkili, müflisləşmə
- 7. İşgüzar nüfuz məsələləri (əmtəə nişanı, müəlliflik hüququ, patent hüququ, nou-xau). Kommersiya sirri və rəqabət
- 8. Vergi öhdəlikləri, xərclər və s. sahibkarlar, rəhbərlər və öz işini qurmaq istəyən şəxslər üçün aktua olan mövzular
Course Content
Korporativ hüquqa giriş, hüquq sistemləri və subyektlər
0.64 hours
Şirkətlərin təsis edilməsi
0.36 hours
Kapital və şirkətlərin maliyyələşdirilməsi
0.34 hours
Şirkətlərin ləğvi yə yenidən təşkili. Müflisləşmə
0.26 hours
Öhdəlik hüququ
0.39 hours
Müqavilə və təminat hüququ
0.36 hours
Əmək müqaviləsi və mülki-hüquqi müqavilələr
0.36 hours
Vergi öhdəlikləri
0.54 hours
İşgüzar nüfuz. Rəqabət
0.35 hours
Students Feedback
4.9
star
star
star
star
star
12 ratings
Top Interested

ACCA FA - Financial Accounting - Aze
ACCA FA

Vergi Uçotu: Vergi Məcəlləsi və Praktiki Nümunələr
Vergi Uçotunun detalları

ACCA FR - Financial Reporting (F7)
Financial Reporting

ACCA FA - BPP Revision Izahlı Həlləri (F3)
BPP Revision Kit-də sualların izahlı həllərini izləyin
© 2025. All rights reserved by "ALİSHOVS EDUCATİON" LLC