menu Login Register
Courses About FAQ Contact
Azərbaycan Русский

Ülkər Məlikova

Instructor

star_border star_border star_border star_border star_border
rate course
star_border star_border star_border star_border star_border

About

Biznes (sahibkarlıq) hüququ nədir?

Biznes hüququ – kommersiya hüququ institutu olaraq, özündə sahibkarlıq fəaliyyəti subyektlərinin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkiledir.

Bu, fərdi sahibkarların, şirkətlərin və biznes hüququ münasibətlərinin digər iştirakçılarının statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də biznes münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir.

Abunəlik:

Ödənişsiz

Təlimçi: Ülkər Məlikova

Bu kurs Legalaid şirkəti ilə tərəfdaşlıq əsasında təşkil olunmuşdur:

“Legalaid” MMC Azərbaycanda ilk Legaltech şirkəti olmaqla əsasən iki istiqamətdə fəaliyyət göstərir. Adından da göründüyü kimi, fəaliyyət istiqamətlərimizdən biri hüquqi xidmətlərin göstərilməsi, digəri isə hüquqi texnologiya layihələrin hazırlanması və idarəedilməsidir. Eyni zamanda, "Legalaid" MMC Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə birlikdə vətəndaşların ölkənin vəkilləri ilə ünsiyyətini daha əlçətan edəcək "Legalaid" mobil tətbiqinin yaradıcısıdır. 
 
Komandamızın hüquqşünasları və vəkilləri komanda şəklində həm korporativ həm də fərdi müştərilərin maraqlarına uyğun olaraq onların hüquqi problemlərini həll etmək üçün və onlara bu problemlərin həllində düzgün yol göstərmək üçün gündəlik olaraq səylərini birləşdirirlər. Bu prosesdə müştərilərimizə daim dəyişən dünyanın gətirdiyi çətinlikləri nəzərə alaraq onlara adaptasiya olmağı bacaran hüquqşünaslar xidmət göstərir. Komandamız, həmçinin, müştərilərə bir neçə dildə xidmət göstərərək onların gözləntilərini qabaqlayır.