menu Login Register
Courses About FAQ Contact
Azərbaycan Pусский

Elmi Qurbanlı

Instructor

star_border star_border star_border star_border star_border
rate course
star_border star_border star_border star_border star_border

About

Bu kursda iştirak edən istifadəçilər iş dünyasının əksər subyektlərinin (HR, Mühasib, Marketoloq, Maliyyəçi, Mühəndis, Satış mütəxəssisi, Dövlət qulluqçuları və s.) istifadə etdiyi Excel proqramını peşəkar səviyyədə öyrənəcəklər.

🔷 Dərs ləvazimatları (istifadə olunan cədvəllər) və "tapşırıq" ilk dərs videosunun altında yerləşdirilib. Hamısını yükləyin və üzərində işləyin.

🔷 Kursumuz 18 bölümdən və 86 video-dərsdən ibarətdir. Bu video dərsləri təkrar təkrar izləyə bilərsiniz və verilən dərs ləvazimatları üzərində işləyərək praktiki yöndən də özünüzü inkişaf etdirməlisiniz.

🔷 Videokursu uğurla bitirən hər bir kəsə sertifikat veriləcəkdir. Sertifikatın əldə edilməsi üçün növbəti tələblərə riayət vacibdir.

  • Videodərslərin hamısını izləmək;
  • Dərs ləvazimatları arasında yerləşdirilmiş tapşırığın yerinə yetirilməsi;
  • Tapşırığı işləyib [email protected] email ünvanına göndərirsiniz;
  • İşləriniz təlmiçinin rəy və təsdiqi ilə birlikdə "TapÖyrən"platformasının "SMM" kanallarında yayımlanacaqdır;

Videodərsləri bitirdikdən və tapşırığı uğurla təhvil verdikdən sonra sertifikat email ünvanınıza göndəriləcəkdir.

Abunəlik qiyməti:

  • 19.9 AZN / aylıq
  • 49.9 AZN / rüblük

Kurs səhifəsində "başlayın" düyməsinə kliklədiyinizdə kartla ödəniş edə bilərsiniz. Milli ön üzərindən ödəniş etmək istəyənlər: Milliön ödəniş

🔷 Abunəlik müddətində kursun bütün dərslərinə girişiniz olacaq, istədiyiniz mövzunu, təkrar təkrar istədiyiniz qədər, yer-məkan fərq etmədən internetiniz olduğu hər yerdə izləyə bilərsiniz!

🔷 Bu sahədə peşəkar olmaq əməkdaşlara aşağıdakı üstünlükləri qazandıracaq:

  • Gündəlik işlərdə daha yüksək sürət və vaxta qənaət;
  • Mürəkkəb hesabatların ən qısa vaxtda hazırlanması;
  • Hesablamaların və hesabatların avtomatlaşdırılması;
  • Biznesin mövcud durumunu hesabatlarda görmə imkanı;
  • Böyük verilənlər üzərində işləmək imkanı;
  • Mürəkkəb funksiyaları yazmaqla hesablama işlərini daha da asanlaşdırmaq.

🔷 Kursun dili: Azərbaycan

🔷 Təlimçi: Elmi Qurbanlı

Kurs sertifikatı (sertifikatlar hər növbəti ayın əvvəlində yollanılır):