Course Content
Elyaz Xəlilli
Instructor
About
Kursda vergi anlayışlarından əlavə olaraq Bəyyanamələrin praktiki tərtibini də görəcəksiniz.
🔹 Kurs kimlər üçündür:
- Tələbələr
- Təcrübəçilər
- Maliyyə və mühasibatlıq sahəsində kariyera qurmaq istəyən və ya bu yolda ilərləyənlər
- Vergi Xidmətinə qəbul imtahanı üçün müraciət etmək istəyənlər
- Mikro-sahibkarlar
🔹Təlimdə nələri öyrənəcəksiniz:
- Azərbaycan vergi sisteminin əsas anlayışları
- Gəlir vergisi
- Mənfəət vergisi
- Ödəmə mənbəyində vergi
- Əlavə dəyər vergisi
- Aksiz vergisi
- Əmlak vergisi
- Sadələşdirilmiş vergi
- Vergi Bəyannamələrinin praktiki hazırlanması
- Online Kargüzarlıq
- Digər Praktiki nümunələr
- Məsələlərin izahlı həlləri
- Final imtahanı
🔹 Vergi uçotu özü üçün anlaşıqsız, çətin, əlçatmaz görsənən və bunu yalnız böyük təcrübə qarşılığında əldə edə biləcəyini zənn edənlər Azərbaycan vergi sisteminin işləmə prinsipləri və dərinliklərini ən sadə dildə, izahlar və nümunələrlə birlikdə peşəkar səviyyədə öyrənəcəklər.
🔹 Suallarınızı təlimçiyə video dərsin altında "Sual və Cavab" bölümündə yaza biləcəksiniz
🔹 Məqsədimiz Sizi vergi məcəlləsi ilə tanış etmək, biznesin istənilən mərhələsində istər mühasib, istərsə də sahibkar kimi verməli olduğunuz qərarla bağlı yaranacaq vergi yükünü ölçməkdə köməklik göstərməkdir.
🔹Qaranlıq qala biləcək hər mövzuya toxunduğumuz üçün dərslik olaraq sadəcə Vergi Məcəlləsindən istifadə edə bilərsiniz.
🔹Kursu bitirdikdə və yekun imtahandan müvəffəqiyyətlə keçdiyinizdə sertifikat əldə edəcəksiniz
🔹Sertifikat əldə etmək üçün bütün video dərsləri izləməli və testləri ilk oturuşda müvəffəqiyyətlə keçməlisiniz.
Endirimli abunəlik:
- 29.99 AZN/aylıq
- 69.99 AZN/rüblük
- 119.99 AZN/yarım-illik
- 199.99 AZN/illik
Götürdüyünüz period üçün abunəlik müddətiniz bitdiyində kartınızdan avtomatik çıxılma edilməyəcəkdir. Kim kursa girişi davam etdirmək istəsə sadəcə paketi yeniləməlidir.
Dərs ləvazimatı olaraq istifadə edilməlidir (kitabları kitab evlərindən tapa bilərsiniz):
- AR Vergi Məcəlləsi
- Vergi məcəlləsinin xüsusi hissəsinin praktikası (Müəllif: İsmayıl Bağırov)
TapÖyrən web platform where you can gain knowledge and experience, and develop your skills by watching demand video courses and interacting with instructors.