menu Login Register
Courses About FAQ Contact
Azərbaycan Русский

Lalə İbrahimova

Instructor

star_border star_border star_border star_border star_border
rate course
star_border star_border star_border star_border star_border

About

“Qida məhsullarının analizləri” təlimində əsasən orqanik və təbii qida məhsullarının keyfiyyətinin, təbiiliyinin üzə çıxarılması üçün vacib sadə analiz üsullarından bəhs edilir. Burada siz nehrə yağına qatqı qatılıb qatılmadığını öyrənəcək, bitki yağının keyfiyyətinin üzə çıxarılmasını biləcəksiniz. Eyni zamanda balın arı tərəfindən çiçək nektarları ilə qidalanaraq toplanıldığnı üzə çıxaracaqsınız. Aldığnız bəhməzin nə qədər keyfiyyətli olduğunu yoxlayacaqsınız. İstifadə etdiyiniz unun hansı sorta aid olduğunu və sirkənin təbii fermentasiya ilə əldə edildiyini də təyin edəcəksiniz.

Bu təlim sizlərdə qida məhsulları haqqında ilkin fikir formalaşdıracaq!

Təlimçi haqqında:

Mən İbrahimova Lalə ixtisasca bioxtexnoloqam. 2013-cü ildən müxtəlif bioloji və kimyəvi  laboratoriyalarda laboratoriya mütəxəssisi kimi çalışmışam. Hal-hazırda qida laboratoriyasında kimyaçı-analitik kimi çalışıram.

Abunəlik qiyməti:

  • 20 AZN/aylıq