menu Login Register
Courses About FAQ Contact
Azərbaycan Русский

Elcan Həsənli

Instructor

star_border star_border star_border star_border star_border
rate course
star_border star_border star_border star_border star_border

About

 Kimlər yararlana bilər:

  • Hüquqşünaslar
  • Hüquq fakültəsi tələbələri
  • İdmançılar
  • İdman Menecerləri

Sürətlə inkişaf edən hüquq sahələrindən biri olan idman hüququ üzrə peşəkar və bilikli  hüquqşünaslara və buradakı dəyişikliklərdən xəbərdar olan menecerlərə ehtiyac daim artır. İdman hüququ həm bir çox hüquq qolu ilə iç-içə olduğu üçün, həm də idmanın ruhunu özündə əks etdiyi üçün həqiqətən çox geniş və maraqlı bir sahədir.

Bu fərqli və yeni sahədə özlərini inkişaf etdirmək istəyənlər üçün hazırlanan "İdman Hüququ" proqramında:

  • İdman hüququ nədir
  • Beynəlxalq İdman Arbitraj Məhkəməsinin funksiyaları və vəzifələri
  • Peşəkar idmançıların müqavilələri
  • Dopinq və digər idman mübahisələri
  • Reklam və sponsorluq
  • İdman mərc oyunları
  • və bir çox maraqlı  məsələlər haqqında öyrənəcəksiniz.

Təlimçi: Elcan Həsənli

Abunəlik qiymətləri:

  • 19.99 AZN/aylıq
  • 49.99 AZN/rüblük

 

Bu kurs Legalaid şirkəti ilə tərəfdaşlıq əsasında təşkil olunmuşdur:

“Legalaid” MMC Azərbaycanda ilk Legaltech şirkəti olmaqla əsasən iki istiqamətdə fəaliyyət göstərir. Adından da göründüyü kimi, fəaliyyət istiqamətlərimizdən biri hüquqi xidmətlərin göstərilməsi, digəri isə hüquqi texnologiya layihələrin hazırlanması və idarəedilməsidir. Eyni zamanda, "Legalaid" MMC Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə birlikdə vətəndaşların ölkənin vəkilləri ilə ünsiyyətini daha əlçətan edəcək "Legalaid" mobil tətbiqinin yaradıcısıdır. 
 
Komandamızın hüquqşünasları və vəkilləri komanda şəklində həm korporativ həm də fərdi müştərilərin maraqlarına uyğun olaraq onların hüquqi problemlərini həll etmək üçün və onlara bu problemlərin həllində düzgün yol göstərmək üçün gündəlik olaraq səylərini birləşdirirlər. Bu prosesdə müştərilərimizə daim dəyişən dünyanın gətirdiyi çətinlikləri nəzərə alaraq onlara adaptasiya olmağı bacaran hüquqşünaslar xidmət göstərir. Komandamız, həmçinin, müştərilərə bir neçə dildə xidmət göstərərək onların gözləntilərini qabaqlayır.